Nur.gen.tr
Bismillah hər xeyrin başıdır.
Səhifə(1-46):

HÜVƏ MƏNASI

Bəsmihi sübhânəhü. Və in min şəy`in illâ yüsəbbihu bihamdihi.
(Allahın adıyla. Onu hər cür nöqsandan uzaq bilirik. Heç bir şey yoxdur ki, Onu tərif edib, Onu təsbih etməsin. İsra:44)
Əssəlâmü aləyküm və rahmətüllâhi və bərakêtühü əbədən dâimən.
(Allahın səlamı, rahməti və bərəkəti əbədə qədər daimə üzərinizə olsun.)
Çox əziz və sadiq qardaşlarım:

Qardaşlarım, lā ilâhə illâ hüvə və qul hüvəllahü dəki hüvə kəlməsində yalnız maddi yöndən bir fikri və xəyali səyahətdə hava səhifəsinin oxunmasıyla ani bir surətdə görünən zərif bir tevhid mənasında, iman yolunun hədsiz dərəcə asan və vacib dərəcəsində yüngüllük olduğunu; şirk və dəlalət məsləyində hədsiz dərəcədə çətin və mümkün olmayan minlərlə boş sözlərin olduğunu müşahidə etdim. Çox qısa bir işarətlə o geniş və uzun mənanı bəyan edəcəyəm.
Bəli, bir ovuc torpaq, yüzlərlə çiçəyə növbəylə qabında saxsılıq edir. Əgər təbiətə, səbəblərə həvalə edilsə, ya o qabda kiçik miqyasda yüzlərlə, bəlkə çiçəklərin sayı qədər mənəvi maşınlar, fabriklər olmalı və yaxud o bir parça torpaqdakı hərbir zərrə, bütün o müxtəlif çiçəkləri, müxtəlif xüsusiyyətləriylə və quruluşlarıyla düzəltməyə, sanki br ilah kimi hədsiz bir elmi və sonsuz iqtidarı, hökmü olmalıdır. Eləcə də, Əmr və iradənin təcəlli yeri olan havanın, rüzgarın hər bir parçası və bir nəfəs və dırnaq qədər olan hüvə kəliməsindəki havada; kiçicik ölçüdəki zərrədə, bütün dünyada mövcud telefonların, teleqrafların, radioların və hədsiz, müxtəlif danışıq mərkəzləri, dəstək və nəql ediciləri olmalı və o hədsiz işləri bərabər və bir anda edə bilməli, və yaxud o hüvədəki havanın, bəlkə havanın ünsürünün hərbir parçasının hərbir zərrəsi, bütün telefonçular və müxtəlif ümumi teleqrafçılar və radio ilə danışanlar qədər mənəvi şəxsiyyətləri və qabiliyyətləri olsun və onların ümumi dillərini bilsin və eyni zamanda başqa zərrələrə də bildirsin, yaysın. Çünkü, öz çalışması ilə o vəziyyət qismən görünür ki, havanın bütün hissələrində o qabiliyyət var. Beləcə, küfr edən, maddəçi və təbiətçilərin məsləklərində bir yararsız nəzəriyyə deyil, hətta zərrələr ədədincə boş sözlər və sözlərindəki səbatsızlıq və çətinliklər aşkarcasına görünür.
Əgər Sonsuz böyüklük sahibi və hər şeyi sənətlə yaradan Allahdan bilinsə, hava bütün zərrələriylə onun əmrinə durar. Birtək zərrənin davamlı bircə vəzifəsi qıdır asan, hədsiz bütün vəzifələrini Xaliqinin izniylə və qüvvətiylə və Xaliqin əmrinə boyun əymək, Ona güvənməklə və Sanii, hər şeyi sənətkarcasına yaradan Allahın qüdrət təcəllisi ilə bir anda şimşək sürətində hüvə tələffüzü və havanın dalğalanması rahatlıqla əmələ gəlir. Yəni, qüdrət qələminin hədsiz heyrətləndirici və müntəzəm yazılarına bir səhifə olur və zərrələri, o qələmin ucları və zərrələrin vəzifələri də Qədər qələminin nöqtələri olur. Birtək zərrənin hərəkəti dərəcəsində rahat işləyir.
Beləcə mən lā ilâhə illâ hüvə və qul hüvəllahü dəki fikrən səyahətimdə hava aləmini tamaşa və o ünsürün səhifəsini oxuyarkən, bu qısa həqiqəti tam aşkar və təfsilatlı müşahidə etdim və hüvənin kəlməsində, havasında belə parlaq bir dəlil və bir Vahidlik parıltısı olduğu kimi, mənasında və işarətində çox nurlu bir Əhadiyyət cilvəsini və çox qüvvətli Allahın bir olduğunu isbatlayan dəlil və hüvə nin gizli və dəqiq işarəti hansı zata baxır işarəsinə və bir təyin edici işarənin o dəlildə olması üçündirki, həm möcüzə kitabı Quran… həm zikir əhli tevhidin anlatıldığı yerdə bu müqəddəs kəlməni çox təkrar edərlər deyə kəsinliklə bilmiş oldum.
 | 
Pharmaceutical Track & Trace System İlaç Takip Sistemi